No Image
No Image
No Image

DTX əməliyyat keçirdi, həbs olunanlar var - VİDEO

DTX əməliyyat keçirdi, həbs olunanlar var - VİDEO
 Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilmiş külli miqdarda narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin ölkə ərazisində qanunsuz dövriyyəsinin qarşısı alınıb.

Sfera.az DTX-nin saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının vətəndaşları Hümbətov Vüqar Hüseyn oğlu və Əliyev Elnur Telman oğlunun satış məqsədilə qanunsuz əldə etdikləri külli miqdarda narkotik vasitələr - 19 kiloqram 736,04 qram heroin, 10 kiloqram 149,75 qram tiryək, 3 kiloqram 788,18 qram qurudulmuş marixuana, 104,44 qram metadon, psixotrop maddə - 19 kiloqram 786,10 qram metamfetamin və 75 qram güclü təsir edən maddə olan preqabalin onlardan aşkar edilərək götürülüb.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma) 240.3.2-ci (külli miqdarda güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işi başlanılıb, Hümbətov Vüqar Hüseyn oğlu və Əliyev Elnur Telman oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda qeyd olunan cinayət əməllərinin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
 

OXŞAR XƏBƏRLƏR

Yüzlərlə erməni əsgəri məhv edildi - VİDEO

Azərbaycanın mülki əhalisini hədəfləyən ermənilər cəbhədə layiq olduğu cavabı alırlar. Sfera.az  xəbər verir ki, bu haqda "Caliber" Youtube-kanalı bi...

Gəncənin vurulma anı - VİDEO

Gəncənin düşmən tərəfindən vurulma anının görüntüsü yayılıb. Sfera.az  xəbər verir ki, görüntünü Gəncədə olan türkiyəli müxbirlərdən biri lentə alıb....

Ermənistan ordusu çökdü: Düşmən 8 min itki verdi - VİDEO

Azərbaycan Ordusunun zərbələri nəticəsində Ermənistan ordusunun havadan müdafiə sistemi iflic olub. Bu sözləri türkiyəli istefada olan general Ərdoğan Qar...

Ordumuz düşmən qüvvələrinin komanda məntəqəsini darmadağın etdi - VİDEO

Azərbaycan Silahlı Qüvvələri ermənilərin 10-cu Dağatıcı diviziyasının komanda məntəqəsini darmadağın edib. Sfera.az  xəbər verir ki, bununla bağlı "C...

Hücuma cəhd edən düşmənin qüvvə və vasitələri məhv edilib - VİDEO

Oktyabrın 10-dan 11-nə keçən gecə itirdikləri mövqeləri geri qaytarmaq məqsədilə hücuma keçməyə cəhd göstərən düşmənin qüvvə və vasitələri bölmələrimiz tərəfind...

Atəşkəs rejimini pozan düşmənin zirehli texnikası məhv edilib - VİDEO

 Atəşkəs rejimini pozan düşmənin zirehli texnikası məhv edilib.  Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. ...