Baş nazir Əli Əsədov QƏRAR İMZALADI

Baş nazir Əli Əsədov QƏRAR İMZALADI
 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği"nin təsdiq edilməsi barədə" 2019-cu il 15 iyul tarixli 308 nömrəli, "Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" 2019-cu il 16 avqust tarixli 360 nömrəli və "Mediasiya prosesinin həyata keçirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli qərarlarında dəyişiklik edilib.

Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

 

Qərar "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2020-ci il 19 iyun tarixli 133-VIQD nömrəli Qanununun tətbiqinin təmin edilməsi məqsədilə hazırlanıb.

"Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliyə görə, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak ilə bağlı olan müddəalar 2020-ci il iyulun 1-dən yox, 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

Bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli, 16 avqust tarixli 360 nömrəli və 5 sentyabr tarixli 385 nömrəli qərarlarında qüvvəyə minməsi ilə bağlı dəyişikliklər edilib.


OXŞAR XƏBƏRLƏR

BŞT Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə MÜRACİƏT ETDİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) fəaliyyəti dayandırılacaq Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə müraciət edib.  ...

AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına ÜZV OLDU

Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanları operatorlarının yeganə qlobal təşkilatı olan Avropa Beynəlxalq Hava Limanları Şurasının (Airports Council Inte...

Kloppdan Salahla bağlı AÇIQLAMA: "Son vaxtlar onun..."

"Liverpul"un baş məşqçisi Yurgen Klopp "qırmızılar"ın hücumçusu Məhəmməd Salahın hazırkı vəziyyəti barədə danışıb.   Sfera....

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti MÜZAKİRƏ ETDİ

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mus...

Bu xəbər neft və qızılı BAHALAŞDIRDI

ABŞ mediasında İsrailin İrana qarşı hücum təşkil etdiyi barədə xəbərlərin yayılması birjalarda qızıl və neft qiymətlərinə təsir edib.  Sfera.az xatırl...

"Beşiktaş" Qurban Qurbanovla bağlı xəbəri TƏSDİQLƏDİ: "Qəti qərar..."

"Beşiktaş" "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla maraqlandıqlarına dair xəbərlərə münasibət bildirib.   Sfera.az Qol.az-a is...