Vilayət Eyvazovdan YENİ TƏYİNAT
13:30 / 21.09.2020
2078
Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.
Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis polkovnik-leytenantı Famil Vəliyev Xəzər Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsindən azad olunub.
Nazirin digər əmri ilə, o, Suraxanı Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini təyin olunub.
(unikal.org)