Koronavirusu yüngül keçirtdiyimizi necə anlaya bilərik? – əlamətləri

Koronavirusu yüngül keçirtdiyimizi necə anlaya bilərik? – əlamətləri
Bütün dünyada koronavirusla mübarizə davam edərkən, ölüm sayı durmadan artmaqdadır. Digər tərəfdən də koronavirusa yoluxan, lakin bundan xəbəri olmayan şəxslərin də sayının kifayət qədər çox olduğu deyilir. Həmin şəxslər bir növ daşıyıcı funksiyasını yerinə yetirərək, istəmədən də olsa ətrafında olanları yoluxdura bilirlər. Bəs COVID-19-u yüngül keçirtdiyimizi necə anlaya bilərik?
 
Sfera.az xəbər verir ki, məsələ ilə bağlı Türkiyənin yoluxucu xəstəliklər mütəxəssisi Dr. Meral Sönməzoğlu açıqlama verib.

Həkimin sözlərinə görə, koronavirusa ən çox yoluxan yaş qrupu 20-49-dur. Lakin, bu qrupun sadəcə 15-20 faizi xəstəxanaya müraciət edəcək dərəcədə ağır olur. Xəstəliyi yüngül simptomplar və ya siptomsuz keçirən şəxslərdə bir həftə sonra virusa qarşı antikor əmələ gəlir. Həkim bildirib ki, xəstəliyi simptomsuz keçirənlər, ətarfında olan aktiv koronavirus xəstələrini müayinə edən zaman aşkar edilir və həmin xəstələrdə yaranan antikor inkişaf edib bədəndə immunitet yaradır. 

Dr. Meral Sönməzoğlu qeyd edib ki, belə insanlarda ən vacib simptom halsızlıq və bel ağrıları olur: "Bundan başqa nadir hallarda öskürək, üşütmə, qarın ağrısı və ishal kimi şikayətlər də ola bilir. Xəstəliyi yüngül keçirənlərin orqanizmlərində demək olar ki, hər hansı bir zərər qalmır”. ///yeniavaz

OXŞAR XƏBƏRLƏR

Ərdoğandan Ermənistana MÜHÜM MESAJ: “Çox açıq danışdıq, Paşinyan da artıq...” 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq səfərindən qayıdarkən jurnalistlərə müsahibə verib. O, Azərbaycan-Ermənistan münasibətləri barədə də danışıb. &...

Qırğızıstan Prezidenti Füzulidə SƏFƏRDƏDİR

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedb.   Sfera.az xəbər verir ki, Füzuli Beynəlx...

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.   Sfera.az “ir.voanews.com”a istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar Prezidentin...

"Azərbaycana gələn turistlərin sayı artıb" - Deputat 

Azərbaycana gələn turistlərin sayı bu ilin ilk rübündə 39.2 faiz artaraq 513,5 minə çatıb.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı V...

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri KEÇİRİLİR - VİDEO/FOTO

2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər dav...

Polis paytaxtda ƏMƏLİYYAT KEÇİRDİ: Saxlanılanlar var - FOTO

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. ...