Qadağanın müddəti sentyabrın 1-dək uzadıldı - QƏRAR

Qadağanın müddəti sentyabrın 1-dək uzadıldı - QƏRAR
Sentyabrın 1-dək yeni koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə ehtiyacların təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması məhdudlaşdırılan malların siyahısı təsdiqlənib.

Sfera.az -ın məlumatına görə bildirir ki,  Nazirlər Kabineti bununla bağlı "Bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” qərarına dəyişiklik edib. 
Siyahıya aşağıdakı mallar daxildir:

- Spirtin qatılığı 80 həcm % və ya daha çox olan denaturasiya olunmamış etil spirti

- Hər hansı bir qatılıqda denaturasiya olunmuş etil spirti və digər alkoqollu tinkturalar

- Spirtin qatılığı 80 həcm %-dən az olan denaturasiya olunmamış etil spirti: tutumların həcmi 2 litr və ya daha az olan

- Spirtin qatılığı 80 həcm %-dən az olan denaturasiya olunmamış etil spirti: tutumların həcmi 2 litrdən çox olan

- Əczaçılıq məhsulları (pərakəndə satış üçünformalarda və ya qablaşmalara qablaşdırılmayan tənzif və tənzif məmulatları)

- Dezinfeksiyaedici vasitələr

- Koronavirus (COVID-19) infeksiyasının müəyyən edilməsi üçün testlər

- Baxillər

- Steril və qeyri-steril əlcəklər

- Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskaların və respiratorların, tibbi

personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlərin (kombinezonların)

Siyahıya aşağıdakı mallar daxildir:
istehsalında istifadə olunan parçalar

- Tibbi personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlər (kombinezonlar)

- Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorlar, tibbi

personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlər (kombinezonlar)

- Tibbi personalın istifadəsi üçün hermetic qoruyucu eynəklər

- Ozon, oksigen və aerozol terapiyası, süni tənəffüs aparatı və ya digər terapevtik

tənəffüs aparatı

- İnsan hərarətinin təmassız ölçülməsi üçün elektron portativ termometrlər.

Qeyd edək ki, Nazirlər Kabinetinin "Bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” qərarına əsasən, bu il iyulun 1-dək yeni koronavirusla (2019-nCoV) mübarizədə istifadə olunan bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) Azərbaycan Respublikasının ərazisindən aparılması məhdudlaşdırılmışdı.

Beləliklə, qərara edilən dəyişikliklə həm ölkədən aparılması məhdudlaşdırılan malların siyahısı genişləndirilib, həm də malların ölkədən aparılmasına qoyulan məhdudiyyətin müddəti  sentyabrıın 1-dək uzadılıb.

 


OXŞAR XƏBƏRLƏR

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...

Fransada Mərakeş Kralının keçmiş qalası yarım milyard avroya satışa çıxarıldı

Parisin kənarında yerləşən “Arminvilliers” mülkü dünyanın ən bahalı mülkü ola bilər. Qala 425 milyon avroya satışa çıxarılıb.     Sf...