No Image

Sabah hava necə olacaq ?

Sabah hava necə olacaq ?
 

15 avqustda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, 15 avqustda Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 21-23, gündüz 24-26, Bakıda gecə 21-23, gündüz 24-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək, nisbi rütubət 65-75 faiz təşkil edəcək.
Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti olacaq.

15 avqustda Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 18-23, gündüz 27-32, dağlarda gecə 10-15, gündüz 15-19 dərəcə isti olacaq.

Avqustun 15-də Abşeron yarımadasında güclənən xəzri küləyi fonunda iqlim normasına yaxın temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

OXŞAR XƏBƏRLƏR

Adi qrip, yoxsa koronavirus? – Həkim bunları fərqləndirməyin yollarını açıqladı

  Payızın gəlişi ilə əlaqədar qripə yoluxanların sayında artım müşahidə edilir. Bu zaman isə bir çox insanlar panikaya qapılaraq koronavirusa yoluxduğun...

POLKOVNİK: Yaxın saatlarda biz... - CƏBHƏDƏ NƏ BAŞ VERİR?

  "Hesab edirəm ki, Azərbaycanla Ermənistan arasında artıq silahlar danışmalıdır. Çünki düşmən tərəfi bizə başqa yol qoymayıb”. Sfera.az  xəbər v...

Şəhidimizin evindən FOTOLAR

  "İnsan seli, asılan bayraqlar. Bu gün şəhidimiz Elşən Məmmədovun yaşadığı evdə izdiham yaşanır". Sfera.az xəbər verir ki, şəhidimizin son mənzilə yola ...

Ermənistan müharibəyə hazırlaşır – Deputatdan “İrəvan cəzalandırılsın” bəyanatı

"Azərbaycan və ona müttəfiq olan ölkələr çalışacaq ki, İrəvan cəzalansın”. Bu sözləri Sfera.az-a açıqlamasında Ermənistan tərəfindən işğal olunmuş Azərb...

Qalib marşal və generallara qarşı “qənimət işi” – Jukovun evində aparılan axtarışda nələr çıxıb...

  Bütün dövrlərdə və bütün ölkələrdə hakim dairələrdə münasibətlərin tənzimlənməsi ən mürəkkəb məsələlərdən biri sayılıb. 70 illik mövcudluğu dövründə SSR...

Jurnalistlərin “agent” və “reket” siyahısı – Məqsəd nədir, aranı kimlər qarışdırır?

Bir neçə gündür, ölkə mediasında Rusiyaya xidmət etməkdə ittiham edilən jurnalistlərin, eləcə də ictimai-siyasi sektorda çəkisi olan şəxslərin siyahısının yay...