No Image

Sentyabr ayından yenidən sərt karantin tətbiq ediləcək? - AÇIQLAMA

Sentyabr ayından yenidən sərt karantin tətbiq ediləcək? - AÇIQLAMA
"Yoluxmaların sayında azalma var. Lakin növbəti payız aylarında pik hədd və mövsümi qriplər olacaq”.

Sfera.az xəbər verir ki, bu fikirləri Qazet.az-a açıqlamasında TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva səsləndirib.

Rəvanə Əliyeva bildirib ki, son brifinqdə də qeyd edildiyi kimi koronavirusa yoluxanların sayında xeyli azalma olsa da, bütün dünyada olduğu kimi Azərbaycanda da bir sıra qabaqlayıcı tədbirlər görülməkdədir.

"Payız aylarında pik hədd və mövsümi qriplər olacaq. Bunu Yaqut xanım da vurğulayıb. Orada da deyildi ki, biz hazırlıq görürük. Çarpayı sayımızı artırırıq. İstənilən halda, Azərbaycanda virus itməyib. Dünyada da vəziyyət eynidir. Bir dönəm çox xəstə oldu və yüngül simptomlu xəstələr evdə müalicə edildi. Əlavə çarpayı fondunun olması zərərli deyil. İstəyirik ki, daha yaxşı xidmət göstərək”, – deyə Rəvanə Əliyeva qeyd edib.

Belə olduğu təqdirdə sərt karantin rejiminin yenidən sərtləşdirilməsi gözlənilirmi?

Mövcud gedişat hazırda yumşaldılmanın olması üçün şərait yaratsa da, payız ayları üçün bunu demək tezdir. Mütəxəssislər də bildirir ki, yenidən koronavirusa yoluxanların sayında artım olacağı təqdirdə sərt karantin rejimi tətbiq edilə bilər. Belə olacağı təqdirdə SMS icazə sistemi yenidən aktivləşə və bir çox iş yerləri fəaliyyətlərini müvəqqəti dayandıra bilər.

Qeyd edək ki, sərt karantin rejiminin tətbiq edilməsi yalnız Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından asılı ola bilər.

OXŞAR XƏBƏRLƏR

Millət vəkili Nizami rayon sakinləri ilə görüşləri davam etdirir - FOTOLAR

  Milli Məclisin deputatı Könül Nurullayeva seçicilərlə görüşləri davam etdirir. Növbəti görüş Nizami rayonu Rüstəmov 76, E. Süleymanov 112, 114, 116, 118...

“İnformasiya müharibəsinin hədəfi depressiya və ümidsizlik yaratmaqdır” – Çağırış

 "Bildiyiniz kimi, bu gün gecə saatlarından başlayaraq, düşmən yeni təxribatlara əl atıb və vəziyyəti gərginləşdirib. Şəhidimiz var! Heç şübhəsiz ki, Vətən...

Qarabağda antiterror əməliyyatları - "Mənasız danışıqlar bitdi!"

  "Azərbaycan regionda müharibənin başlamasına hər zaman qarşı olub. Lakin Ermənistan tərəfi hər bir yolla bölgədəki vəziyyəti qarışdırmağa, işğal si...

“Nar” qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş abituriyentləri mükafatlandırdı

  "Nar” hər il olduğu kimi bu il də ali məktəblərə daxil olmaq üçün qəbul imtahanları zamanı ən yüksək nəticə göstərərək 700 bal toplamış abituriyentləri ...

Adi qrip, yoxsa koronavirus? – Həkim bunları fərqləndirməyin yollarını açıqladı

  Payızın gəlişi ilə əlaqədar qripə yoluxanların sayında artım müşahidə edilir. Bu zaman isə bir çox insanlar panikaya qapılaraq koronavirusa yoluxduğun...

POLKOVNİK: Yaxın saatlarda biz... - CƏBHƏDƏ NƏ BAŞ VERİR?

  "Hesab edirəm ki, Azərbaycanla Ermənistan arasında artıq silahlar danışmalıdır. Çünki düşmən tərəfi bizə başqa yol qoymayıb”. Sfera.az  xəbər v...