Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Zəkiyyə Mustafayeva qurumun sədr müavini vəzifəsinə təyin olunub.

Agentlikdən verilən məlumata görə, Z.Mustafayeva 27 dekabr 1968-ci ildə Bakı şəhərində anadan olub.

Ali təhsilini pediatriya ixtisası üzrə 1986-1992-ci illərdə Azərbaycan Tibb Universitetində alıb.

 

Təhsilini 2006-2009-cu illərdə Xəzər Universitetində biznesin təşkili və idarəedilməsi (səhiyyə sahəsində) ixtisası üzrə davam etdirib.

1992-2006-cı illərdə dövlət və özəl tibb müəssisələrində, 2007-2010-cu illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Səhiyyə sektorunda islahatlar” layihəsində müxtəlif vəzifələrdə fəaliyyət göstərib.

2010-2019-cu illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Aparat rəhbəri, 2019-2020-ci illərdə AQTA-nın Aparat rəhbəri vəzifəsində çalışıb.

Səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə 2013-cü ildə Azərbaycan Respublikasının Səhiyyə naziri tərəfindən "Səhiyyə əlaçısı” döş nişanı, 2016-cı ildə isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi” medalı ilə təltif edilib.

Dövlət qulluğunun baş müşaviridir. Rus və ingilis dillərini bilir. Ailəlidir, iki övladı var.


OXŞAR XƏBƏRLƏR

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...