İyulda həlak olan erməni hərbi qulluqçuları üzə çıxmağa başlayıb

İyulda həlak olan erməni hərbi qulluqçuları üzə çıxmağa başlayıb
İyul ayında Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş erməni təxribatının nəticələri yavaş-yavaş üzə çıxmaqdadır.

Belə ki, 1 avqust tarixində Ermənistanın Qeqarkunis vilayətində baş vermiş yol qəzası nəticəsində bir nəfər ölüb, digər isə "Çəmbərək” Tibb Mərkəzinə aparılıb.
"MediaPost”-un məlumata görə, Ermənistanda fəaliyyət göstərən  Shamshyan.com saytı məlumat yayıb ki, Göyçə-Tsovagüh-Şorja yolunun 47-ci kilometrində saat 14:00 radələrində baş vermiş yol qəzasında "BMW” markalı avtomobil hərəkət zolağından çıxaraq dərəyə düşüb.

Yol-nəqliyyat qəzasında ölən şəxs 38 yaşlı Ermənistan SQ-nin hərbi hissələrindən birinin komandiri idi. Ölənin 1982-ci il təvəllüdlü polkovnik-leytenant Aram Qarnikoviç Qazaryanın olması ehtimal edilir.

Sükan arxasında isə 46 yaşlı K. adlı kişinin olduğu deyilir.

Görünən odur ki, Ermənistan tərəfi öz cinayətkar təxribatları nəticəsində həlak olan hərbi qulluqçularını artıq üzə çıxarmağa başlayıb.

Xatırladaq ki, Ermənistan rəsmiləri iyul ayının 12-dən 17-dək davam edən silahlı toqquşmada cəmi dörd hərbi qulluqçusunun itirildiyini bəyan etmişdi.

OXŞAR XƏBƏRLƏR

Millət vəkili Şahin Seyidzadə seçicilərinə müraciət etdi

Millət vəkili Şahin Seyidzadə sosial şəbəkə hesabından seçiciləri, həmkarları və media nümayəndələrinə müraciət edib. Sfera.az həmin paylaşımı təqdim e...

"Bizim Millətimiz çox qudurğan millətdir" — Məleykə Əsədova

Bu gün Feysbuk sosial şəbəkəsindəki böyük səhifələrdə tanınmış aktrisa, xalq artisti Məleykə Əsədovanın guya Azərbaycan xalqını təhqir etməsinə dair paylaşımlar...

Müğənni Rəsul Əfəndiyev İndiana Cons obrazında - VIDEO

Sfera.az olaraq müğənninin yeni layihəsindən eksklüziv görüntüləri təqdim edirik: ...

Azərbaycanda koronavirusdan ölən həkimin qızı hər şeyi danışdı... - VİDEO

Dünyanı bürümüş koronavirus epidemiyası ilə mübarizədə ön cəbhədə vuruşanlar məhz həkimlərdir. Onlar virusa yoluxan insanlara fədakarcasına xidmət göstərir, həy...

“Huner Group” 28 May - Respublika Günü ilə bağlı maraqlı videoçarx hazırlayıb

  Azərbaycanın əlamətdar və tarixi günlərinə hər zaman xüsusi diqqət ayıran "Huner Group” bu dəfə 28 May - Respublika Günü ilə bağlı maraqlı videoçar...

Nizami rayonunda yaşayan 20-dən çox aztəminatlı ailənin müayinə və müalicəsi təmin edilib - FOTO

COVİD -19 pandemiyasının davam etdiyi bir vaxtda dövlətin virusla mübarizə siyasətinə dəstək məqsədi ilə "Modern Hospital” Klinikası və millət vəkili Könül Nu...