Dünya bazarlarında təbii qaz bahalaşıb
14:00 / 31.07.2020
1794
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.
Sfera.az-ın məlumatına görə, sentyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,22% artaraq 1,841 ABŞ dolları təşkil edib.