Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu
 

Avqustun 1-də Bakıda və Abşeron yarımadasında havanın günəşli keçəcəyi, gündüz mülayim cənub küləyinin əsəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 23-26, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunundan 753 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində gündüz mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında havanın əsasən, yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti olacaq.

Avqustun 1-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü, iqlim normasına yaxın temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda koronavirusa yoluxmanın ən çox və ən az olduğu yerlər — SİYAHI

  Azərbaycanda bölgələr üzrə koronavirusa yoluxmada son vəziyyət açıqlanıb.    Sfera.az  koronavirusinfo.az saytına istinadən xəbər verir...

Pensiyaçıların NƏZƏRİNƏ! Pensiyanın miqdarı artırılacaq- Nazirlikdən AÇIQLAMA

  "Azərbaycanda pensiya alanların yaşayış minimumundan bir neçə dəfə artıq pensiya alması hədəflənir". Sfera.az xəbər verir ki, bunu Əmək və Əhalini...

190 manatın bu şəxslərə verilməsi dayandırıldı - RƏSMİ

  "Ölkə üzrə təxminən 13 min insanın 190 manatlıq birdəfəlik ödəmədən sonra yenidən bu dəstəkdən yararlanması ləğv edilib"    Bunu Əmək ...

Türkiyə Azərbaycanı Aralıq dənizinə dəvət edir

  "Türkiyə mətbuatının yazdığına görə, Azərbaycan Türkiyənin "Aralıq dənizi qalxanı” təlimlərində iştirak edəcək. Azərbaycan Rusiyadan sonra Xəzər dənizin...

“Dövlət şirkətləri büdcəni talamaq üçün növbəyə durub. Cavab verin!” – Deputat "od püskürdü"

  "Dünən Prezidentin keçirdiyi müşavirədə səsləndirdiyi iradlar və çəkdiyi adlar ürəyimə su səpdi”. Bunu Milli Məclisin bu gün keçirilən iclasında üçüncü...

Nazir 190 manatın nə vaxt veriləcəyini açıqladı

  "Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayon üzrə 190 manat birdəfəlik ödəmələrin verilməsi yaxın günlərdə təmin ediləcə...