Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi - FOTO
18:15 / 25.07.2020
4383
Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib.
Sfera.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, 5 saylı poliklinikanın həkimi Təranə Quliyeva COVID-19-a yoluxub.
Müdaxilələrə rəğmən, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edilib ki, o, yoluxmuş xəstələrlə ünsiyyət zamanı amansız virusa tutulub. (oxu.az)