Dünya fond bazarlarının əsas indeks göstəriciləri enib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri enib
 

İyulun 24-də Amerika fond bazarında Dow Jones indeksi 0,68% – 26 469,89 bəndədək, S&P 500 indeksi 0,62% – 3 215,63 bəndədək, Nasdaq indeksi isə 0,94% – 10 363,18 bəndədək enib.

Sfera.az-ın məlumatına görə, Avropa fond bazarlarında iyulun 24-də FTSE 100 indeksi 1,41% – 6 123,82 bəndədək, Fransa CAC-40 indeksi 1,54% – 4 956,43 bəndədək, Almaniya DAX-ı isə 2,02% – 12 838,06 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% artaraq 1 903,7 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,52% artaraq 1,165 dollar təşkil edib.

OXŞAR XƏBƏRLƏR