Postlardan keçə bilmək üçün icazə kağızı bəs etməyəcək – ŞƏRTLƏR

Postlardan keçə bilmək üçün icazə kağızı bəs etməyəcək – ŞƏRTLƏR

"Ötən həftə də sərtləşdirilmiş karantin rejimi ilə bağlı vətəndaşların rayona getməməsi üçün müraciət etmişdim”.

Sfera.az xəbər verir ki, bunu dünən Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

K. Əliyev deyib ki, ancaq buna baxmayaraq, rayonlara axın olub: "Onların əksəriyyəti postlardan geri qaytarıldı. Bəziləri torpaq yolla keçməyə cəhd etdi və buna nail oldu. Artıq texniki vasitələrdən istifadə etməklə, bu kimi halların da qarşısını almağa çalışacağıq. Əgər bir postdan keçən avtomobil digər postda görünməyəcəksə, deməli, torpaq yola keçib və həmin avtomobillər, onların sürücüləri aşkarlanacaq”.

BDYPİ-nin şöbə rəisi qeyd edib ki, Nazirlər Kabinetinin qərarı ilə bir sıra xidmət sahələrinin fəaliyyətinə icazə verilib: "Bu da müəyyən sayda avtomobilin sərbəst hərəkəti deməkdir. Ümumiyyətlə, onu da deyim ki, hərəkətinə icazə verilən şəxslərin ezamiyyə vərəqi olmalıdır və ezamiyyə vərəqi olmayanlar postlardan buraxılmayacaq. Ezamiyyəyə gedənlər də avtomobildə ailə üzvlərini aparmağa cəhd etməsinlər”.


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...