Azərbaycanda zəlzələ oldu
18:15 / 13.06.2020
4850
Gədəbəy rayonu ərazisində zəlzələ olub.
Bu barədə Sfera.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yerli vaxtla saat 16:08-da Gədəbəy stansiyasından 42 km cənubda Gədəbəy ərazisində zəlzələ qeydə alınıb.
Maqnitudası 3.3, dərinliyi 9 km olan yeraltı təkan hiss olunmayıb.