Azərbaycanda daha bir həkim koronavirusdan öldü - FOTO
23:52 / 11.06.2020
3280
Azərbaycanda daha bir həkim koronavirus səbəbindən dünyasını dəyişib.
Sfera.az unikal.org-a istinadən xəbər verir ki, bu barədə endokrinoloq Yeganə Muradova məlumat verib.
O, sosial media hesabında paylaşım edərək, travmatoloq Mehman Hüseynovun koronavirus qurbanı olduğunu bildirib:
"Virusa inanmıram deyənlər, biz bu gün tələbə yoldaşımızı, kolleqamızı itirdik. Son ana qədər inanırdıq ki, o, sağalacaq. Allah rəhmət eləsin. Allah ailəsinə səbr versin".