“Polis öz işini görür və hər kəs qanuni tələblərə tabe olmalıdır” – Ramin Əhmədov

“Polis öz işini görür və hər kəs qanuni tələblərə tabe olmalıdır” – Ramin Əhmədov
 

"Tabe olmayan, qaydalara əməl etmək istəməyən vətəndaşlara qarşı zəruri tədbirlərin görülməsi təəccüblə və xoşagəlməz reaksiyalarla qarşılanmamalıdır”

"2 günlük sərt karantin rejimi zamanı bəzi xoşagəlməz hadisələrin şahid oluruq. Xüsusilə, Bakının müxtəlif ərazilərində sakinlərin sərt karantin rejiminin qaydalarını pozduğunu görürük. Bununla yanaşı, sərt karantin rejiminin qaydalarını pozan şəxsləri məsuliyyətli olmağa və evdə qalmağa dəvət edən polislərimizə qarşı bəzi vətəndaşların qeyri-adekvat davranışlarının əks olunduğu videolar yayılır. Qanun hamı üçündür və qaydaları pozan və polisin qanuni tələbinə müqavimətlə cavab verən hər bir vətəndaş buna görə hüquqi məsuliyyət daşıyır”. 

Missiya.Az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Ramin Əhmədov sərt karantin rejiminə nəzarət edən polis əməkdaşlarının qanuni tələblərinə bəzi vətəndaşların tabesizlik göstərməsindən danışarkən deyib.

O bildirib ki, polis öz vəzifəsini yerinə yetirir və hər bir Azərbaycan vətəndaşı asayiş keşikçilərinin tələblərinə tabe olmalıdır: "Sosial şəbəkələrdə yayılan videolardan aydın olur ki, Bakının bəzi ərazilərində sakinlər sərt karantin qaydalarını pozmağa cəhd edilər. Polis onlardan evlərinə dönmələrini tələb etdikdə isə, müqavimət göstərirlər. Belə hallara qəti şəkildə yol vermək olmaz. Polisin qanuni tələblərinə tabe olmayan şəxsin qeyri-adekvat davranışlarına haqq qazandıran vətəndaşların polisləri fitə basması, yuxarı mərtəbələrdən zibil torbaları atması təəssüf doğurur”.

Ramin Əhmədov qeyd edib ki, Azərbaycanda koronavirusla mübarizə başladığı ilk günlərdən polislər nümunəvi davranışları ilə diqqət çəkirlər: "Bu gün də dəyişən heç nə yoxdur. Polis öz işini görür, vətəndaşının keşiyini çəkir, sağlamlığının qayğısına qalır. Bu gün sosial şəbəkələrdə polislərimizin ibratamiz davranışlarını əks etdirən xeyli videolar yayıldı. Doğmasının dəfninə gedən vətəndaşı mənzil başına çatdırdılar. Evdə halı pisləşən qadını dərhal xəstəxanaya apardılar. Biz polislərimizlə fəxr etməliyik. Polis vətəndaşa nə deyir? Deyir ki, 2 günlük sərt karantin rejiminin qaydalarına əməl et və evdə qal. Bu, hamı üçün müəyyən edilmiş qaydadır. Odur ki, tabe olmayan, əməl etmək istəməyən vətəndaşlara qarşı zəruri tədbirlərin görülməsi də təəccüblə, xoşagəlməz reaksiyalarla qarşılanmamalıdır”.

YAP rəsmisi atılan addımların təməlində vətəndaşın sağlamlığının dayandığını deyib: "Biz Dövlətimizə, Prezidentimizə, Polisimizə, Həkimimizə minnətdar olmalıyıq. Çünki onlar bizim sağlamlığımız üçün əllərindən gələni edirlər. Qanunlara tabe olmalıyıq, əks halda vəziyyət nəzarətdən çıxacaq, ölkədə koronavirusdan ölüm halları kütləvi şəkil alacaq. Bunu hər bir vətəndaş anlamalıdır”.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanılıb.   Sfera.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabe...

Bu həşarata görə dünyada şokolad qiymətləri BAHALAŞIR

Qərbi Afrikada kakao ağaclarına düşən virus qlobal miqyasda şokoladın qiymətlərinin artmasına səbəb olsa da, tədqiqatçılar xəstəliyin qarşısını almaq üçün yeni ...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR - YENİLƏNDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xə...

Zelenskidən ABŞ-yə MÜRACİƏT: “Putinin planları...” 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ xalqına təşəkkür edib.   Sfera.az bildirir ki, o, həmçinin Prezident Baydenə minnətdarlığını bildirib. ...

"Liverpul"un oyunçusu: "Heç kim təsəvvür etməzdi..." 

"Liverpul"un müdafiəçisi Vircil van Deyk mersisaydlıların Premyer Liqada çempionluq yarışında iştirakından danışıb.   Sfera.az bildirir ki...