Bu həftə daxili gediş-gəliş bərpa oluna bilərmi? - AÇIQLAMA

Bu həftə daxili gediş-gəliş bərpa oluna bilərmi? - AÇIQLAMA
Koronavirus pandemiyası ilə əlaqədar olaraq Azərbaycanda bir çox karantin məhdudiyyətləri artıq götürülüb. Paytaxtda və eləcə də rayonlarda artıq həyat normal qaydada davam edir. Ancaq Bakı ilə rayonlar arasında, o cümlədən Naxçıvana gediş-gəliş hələ də bərpa olunmayıb.
Azərbaycnda əhalinin mühüm bir hissəsinin Bakı və ətraf qəsəbələrdə cəmləşdiyi məlumdur, üstəlik müəyyən şərtlərdən əsas müəssisəlr, tibb ocaqları və digər xidmət, istehsal sahələri Bakı və ətrafında yerləşdiyi üçün regionların Bakı ilə mütəmadi əlaqələri olub. Digər tərəfdən yay gəlib və dərslər başa çatdıqdan sonra əhlinin bir qismi rayonlara üz tutur. Ötən gün Naxçıvanla bağlı məsələ Milli Məclisdə qaldırılıb. Naxçıvana gediş-gəliş hələ də açılmayıb və əhalinin bri qismi hansı ki, karantindən əvvəl getmişdi, onlar hələ də qayıda bilmir.
Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib ki, karantin rejiminin yumşaldılması ilə bağlı qərarları dövlət və Nazirlər Kabineti yanında Operativ Qərargah verir: "Daxili gediş-gəlişin bərpası ilə bağlı məsələ də Operativ Qərargahın səlahiyyətində olan bir məsələdir. Bilirsiniz ki, bu gün bütün dünya ölkələri koronavirusla mübarizə aparır. Operativ Qərargah pandemiya ilə bağlı həm digər dövlətlərdəki, həm də ölkəmizdəki son vəziyyəti dəyərləndirərək qərarlar verir. Bu məsələdə də düşünürəm ki, ən düzgün qərarı Operativ Qərargah verə bilər. Təəssüf son günlərin statistikası heç də ürəkaçan deyil. Gündəlik yoluxanların sayı 200-dən çoxdur. Düzdür, sağalanların sayı da kifayət qədərdir. Amma bu biz də arxayınlıq yaratmamalıdır. Təəssüf ki, yumşalmalardan sonra insanlarda məsuliyyətsizlik artdı. Vətəndaşlarımız bu xəstəlik yoxmuş kimi davranır, qoruyucu tibbi maska və əlcəklərdən istifadə istifadə etmir, ictimai nəqliyyatda, marketlərdə sosial məsafəni qorumurdular. Bilirsiniz ki, bu gündən qoruyucu tibbi maskalardan istifadə məcburidir. Hətta bununla bağlı mayın 31-də Milli Məclisin sonuncu plenar iclasında cərimələr də təsdiq edildi. Düşünürəm ki, cərimələrə görə insanlarımız daha məsuliyyətli olub, qoruyucu tibbi maskalardan istifadə edəcəklər. Təbii ki, tək cərimələr kifayət etmir. "COVİD 19" nədir? Bu virusun insan orqanizmdə hansı fəsadlara səbəb olacağı ilə bağlı istər mətbuatda, istərsə də televiziyada maarifləndirmə işləri aparılmalıdır. İnsanlarımız bu xəstəlik barəsində ətraflı olaraq məlumatlandırılmalıdır. Bu işdə təbii ki, hər birimiz aktiv iştirak etməli, insanlarımızın və gələcəyimizin sağlamlığının qorunmasında tibb işçilərinə yardımçı olmalıyıq".
Deputat qeyd edib ki, rayonlara gediş-gəlişdə məhdudiyyətlərin aradan qaldırılması, düşünürəm ki, bu məsələdə tələsmək olmaz. İnsanlarımızı da başa düşürəm. Havalar isindikcə insanlarımız bölgələrə üz tutmaq istəyəcək. Amma bu vəziyyətdə insanların birdən-birə rayonlara axışmasına icazə vermək olmaz. Çünki elə rayonlar var ki, orada yoluxma yoxdur və ya çoxdur. Məhz ona görə də daxili gediş-gəlişin açılması bütün ölkə üzrə yoluxmanı artıra bilər. Ümumiyyətlə bizim normal həyata qayıtmağımız vətəndaşlarımızdan asılıdır. İnsanlarımız Operativ Qərargahın qoyduğu qaydalara və tövsiyələrinə əmək edərlərsə normal həyatımıza tezliklə qayıda bilərik. Yox əməl etməzlərsə, bir aya sona çata biləcək pandemiya və karantin rejimi 3-5 ay uzadıla bilər. Əlbəttə bunu heç birimiz arzulamırıq".

OXŞAR XƏBƏRLƏR

Sürücülərə ŞAD XƏBƏR: Kamera vasitəsilə cərimə yazılmayacaq - RƏSMİ

Daxili İşlər Nazirliyi Bakı şəhərində karantin postlarını yığışdırandan sonra avtomobil sahiblərinin müşahidə kameraları vasitəsilə cərimələnəcəyini açıqlayıb. ...

Azərbaycanda koronavirusun ikinci dalğasının başlayacağı vaxt açıqlandı — RƏSMİ

"Ekspertlər payız aylarına ciddi hazır olmağımızı tövsiyə edir. Çünki bu zaman digər mövsümi xəstəliklər aktivləşir. Bu da COVID-19 simptomlarına oxşardır”. ...

Təcili yardıma zəng etməyin – Prezidentin köməkçisi

 Hazırda əksər insanlar özündə simptomlar gördüyü zaman koronavirusa yoluxduğunu düşünür. Sfera.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin aparat r...

TƏBİB məlumat yaydı - SON DƏQİQƏ!

 Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 3-nə olan statistik göstəriciləri açıqlayıb. Sfera.az xəbə...

Azərbaycanda koronavirusun ikinci dalğasının başlayacağı vaxt AÇIQLANDI — RƏSMİ

 "Ekspertlər payız aylarına ciddi hazır olmağımızı tövsiyə edirlər. Çünki bu zaman digər mövsümi xəstəliklər aktivləşir. Bu da COVID-19 simptomlarına oxşar...

Kreditlərə güzəşt ediləcək? - Prezidentin köməkçisindən AÇIQLAMA

 "Ola bilsin gələcəkdə dövlətin kreditlərlə bağlı güzəşt paketlərinə baxmasına ehtiyac yaransın”. Sfera.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti...