Çempionlar Liqasında 1/4 final mərhələsinin oyunlarının vaxtı müəyyənləşdi
23:30 / 26.05.2020
5383
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin oyunlarının vaxtı məlum olub.
Sfera.az xəbər verir ki, qarşılaşmalar 13-14 avqust tarixlərində keçiriləcək.
Matçlar azarkeşsiz oynanılacaq və neytral stadionlarda olacaq. Yarımfinal və final görüşlərinin isə əvvəlcədən məlum olduğu kimi, İstanbulda təşkil olunacağı gözlənilir.
Qeyd edək ki, UEFA avrokubokları martın 13-də koronavirus pandemiyası səbəbindən dayandırıb. (report.az)