Dünya bazarlarında təbii qaz bahalaşıb
12:30 / 26.05.2020
1414
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.
Sfera.az xəbər verir ki, iyunda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,59% artaraq 1,867 ABŞ dolları təşkil edib.