Dünya bazarlarında təbii qaz bahalaşıb
16:05 / 11.05.2020
3696
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.
Sfera.az xəbər verir ki, iyunda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə0,05% artaraq 1,825 ABŞ dolları təşkil edib.