Ünvanlı sosial yardım alanlara ŞAD XƏBƏR!

Ünvanlı sosial yardım alanlara ŞAD XƏBƏR!
 

Ünvanlı sosial yardımların verilməsi şərtləri asanlaşdırılır. Artıq bu yardımlarının verilməsi üçün bəzi məlumatların vətəndaş tərəfindən müvafiq orqanlara təqdim edilməsinə ehtiyac olmayacaq.


Trend-in məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib ki, hazırda yardım alan ailənin gəlirində dəyişiklik olduqda vətəndaş 5 gün müddətində bu barədə məlumat verməlidir.

O bildirib ki, "Ünvanlı dövlət sosial yardım haqqında” qanuna təklif edilən yeni dəyişikliyin qəbulundan sonra artıq dövlət orqanlarının elektron sistemlərindəki bütün məlumatlar Nazirlik tərəfindən əldə ediləcək. Buna görə də vətəndaşın bu barədə məlumat verməsinə ehtiyac olmayacaq:

"Vətəndaşdan əməkhaqqının məbləği, pensiya, müavinətin təyin edilməsi, işsiz, məcburi köçkün statusunda olub-olmaması kimi informasiyalar tələb olunmayacaq. Vətəndaş şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçdikdən sonra onun haqqında olan bütün informasiyalar sistemdə görünəcək. Onlardan sadəcə bu informasiyaları təsdiqləmək tələb olunacaq. Ancaq elə gəlirlər var ki, onların elektron sistemdə öz əksini tapmır. Vətəndaşlar bu barədə 5 gündən -15 günədək məlumat verməlidirlər”.

B.Hüseynovun sözlərinə görə, hazırda yardım almaq üçün ailənin tərkibindəki dəyişiklik nəzərə alınır və vətəndaşlar bu barədə müvafiq qurumlara məlumat verməyə borclu idilər. Məlumat verilmədiyi halda vətəndaşa sosial yardımın ödənişi dayandırılırdı və ona 1 il müddətində yardımın verilməsindən imtina edilirdi:

"Artıq bu məhdudiyyət aradan qaldırılır. Vətəndaşın təyinat müddətində ailə tərkibindəki dəyişikliklə bağlı heç bir məlumat verməsinə ehtiyac olmayacaq”.


OXŞAR XƏBƏRLƏR

Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək - FOTOLAR

Rabitəbank elm, təhsil və maariflənmənin inkişafına dəstək məqsədilə 23 Aprel - Ümumdünya Kitab Günü ilə əlaqədar növbəti uğurlu layihəsini həyata keçirib. Belə...

Sadır Japarov Azərbaycana dövlət səfərinə YOLLANDI

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə yollanıb.   Sfera.az Qırğızıstan KİV-lərə istinadən xəbər verir ki, bu barədə Q...

Bu rayonlarda qaz olmayacaq

Bu gün Şəki və Qəbələ rayonlarının qaz təchizatında fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ...

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...