Nəsimi rayonu ərazisində profilaktik dezinfeksiyaedici tədbirlər davam etdirilir
17:35 / 09.04.2020
4585
Nəsimi rayonu ərazisində koronavirus (COVİD - 19) infeksiyasına yoluxma hallarına
yol verilməməsi və onun qarşısının alınması ilə bağlı qabaqlayıcı profilaktik tədbir
olaraq rayon ərazisindəki küçə və prospektlər, parklar, yollar, inzibati binaların, ticarət
obyektlərinin, metrostansiyaların çıxışlarının ətrafları, yaşayış binalarının girişləri, lift
kabinələri və məişət tullantıları konteynerləri zəruri avadanlıqlarla təchiz olunmuş işçi
qrupları tərəfindən dezinfekasiya olunur.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və
tövsiyyələrinə uyğun olaraq rayonda sanitar epidemioloji normalara əməl olunması
istiqamətində zəruri tədbirlər görülür.