Prezidentdən YENİ TƏYİNAT - SƏRƏNCAM
17:45 / 04.04.2020
5238
Azərbaycan Respublikası Prezident İlham Əliyev İsmət Rəcəb oğlu Səttarovun Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sfera.az bildirir ki, sərəncama əsasən, İsmət Rəcəb oğlu Səttarov altı il müddətinə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib.