Moody\"s agentliyi Kapital Bank-ın reytinqini təsdiqlədi

Moody\
 

Moody’s Investor Service Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Kapital Bank-ın
reytinqini təsdiq edib. Bu reytinq ölkə bankları arasında ən yüksək göstəricilərdən biridir.
Agentlik bankın hazırkı kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (BCA) "b1” səviyyəsində təsdiqləyib. Dünyada
yaranmış çətin iqtisadi vəziyyət, eləcə də koronavirus (COVID-19) pandemiyasının yayılması və neftin qiymətinin
aşağı düşməsi səbəblərindən, Bankın reytinq proqnozu "neqativ” dərəcəsində müəyyənləşib.
"Bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsi (BCA) "b1” olaraq təsdiqlənməsi, kəskinləşən xarici iqtisadi
təzyiq şəraitində Bankın zərərə və neqativ təsirlərə tab gətirmək bacarığının göstəricisidir. 2019-cu ildə Bank 134,7
mln AZN məbləğində yüksək xalis mənfəət göstərib ki, bu da ümumi aktivlərin 3,3%-dir, həmçinin Bank-ın Tier 1
(kapitalın yetərliliyi) göstəricisi yüksək olaraq 14,9% təşkil edir”, - deyə hesabatda qeyd olunur.
Həmçinin, Moody’s-in rəyində Kapital Bank-ın korporativ idarəetmə qaydaları ilə bağlı narahatlığın olmadığı
bildirilir.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 14 şöbəsi ilə müştərilərin
xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196
Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR