İqtİsadİyyat

Azərbaycan nefti ucuzlaşır

Azərbaycan nefti ucuzlaşır
 

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 12-də 32,35 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,69 dollar/barel azdır.

Bu barədə Sfera.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 31,25 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,81 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 26,62 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 4,14 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 30,81 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 4,07 dollar/barel azdır.

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930