Vilayət Eyvazovdan YENİ TƏYİNAT
16:45 / 12.03.2020
4352
Daxili İşlər Nazirliyində növbəti təyinat olub.
Sfera.az xəbər verir ki, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Əmrə əsasən, polkovnik-leytenant Surxay Cəfərov DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin növbətçi hissəsinə rəis vəzifəsinə gətirilib.
Qeyd edək ki, o, bundan əvvəl DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Sumqayıt Xətt Polis Bölməsinin rəisi vəzifəsində işləyib. (oxu.az)