Neft yenidən ucuzlaşıb
10:40 / 12.03.2020
2560
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin may müqaviləsinin dəyəri 3,97% azalaraq 1 barelə görə 34,37 dollar təşkil edib.
Sfera.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında apreldə ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 3,76% azalaraq31,74 dollar təşkil edib.