Mehriban Əliyeva İtaliyanın Kuirinale Sarayında (FOTO)

Mehriban Əliyeva İtaliyanın Kuirinale Sarayında (FOTO)
 
Fevralın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri çərçivəsində birinci xanım Mehriban Əliyeva Romadakı Kuirinale Sarayı ilə tanış olub. 

Sfera.az xəbər verir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Kuirinale Sarayının zallarını gəzdi, burada nümayiş olunan eksponatlarla tanış oldu. Mehriban Əliyevaya Kuirinale Sarayının tarixi, burada saxlanılan qiymətli əşyalar, o cümlədən rəsmlər, freskalar, mozaikalar barədə məlumat verildi. Bildirildi ki, Romanın Kuirinale yüksəkliyində yerləşən saray 1573-cü ildə Papa XIII Qriqorinin yay iqamətgahı kimi tikilib. Birinci Umbertonun hakimiyyəti dövründə sarayda müxtəlif şəxslərin, o cümlədən musiqiçilərin, artistlərin, səyyahların qəbulları təşkil olunurdu. İyirmi əsrin birinci yarısında Kral III Viktor Emmanuel bu sarayı iqamətgah kimi seçib. 

Beləliklə, əvvəllər Roma Papasının və İtaliya krallarının iqamətgahı olan saray indi prezidentlərin iqamətgahıdır. Sarayın memarları Domeniko Fontana və Karlo Madernadır. 

Məlumat verildi ki, əvvəllər Papanın müxtəlif təyinatlar üzrə istifadə etdiyi sarayın prezident otağında indi dövlət başçısının rəsmi görüşləri keçirilir. Saraydakı şəkillər XVII əsrə aiddir. Bu saraydan indiyə qədər 30 Papa, 4 kral və 12 prezident istifadə edib.(Azərtac)


OXŞAR XƏBƏRLƏR

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəll...

Əməkdar artist Firuzə İbadova haqqında yayılan xəbəri təkzib etdi

Əməkdar artist Firuzə İbadova səhnədən gedəcəyi xəbərlərini təkzib edib.    “Unikal” xəbər verir ki, müğənni “F...