Klod Oskar Monet haqda MARAQLI FAKTLAR

Klod Oskar Monet haqda MARAQLI FAKTLAR

Fransız rəssamı, impressionizm cərəyanının yaradıcılarından biri Klod Mone Oskar-Klod Monet və ya Klod Oskar Monet kimi də tanınır. İmpressionizm termini, Monenin "Günəşin doğuşu” əsərinin adından yaranıb. İmpressionizm, müasir rəsm sənətindəki ilk böyük inqilabi hərəkatdır. Klod Mone rəsmlərində fırça zərbələri ilə yaratdığı müxtəlif rənglərdə nöqtələrlə istədiyi təsəvvürü yaradacaq rəng və işıq təsirini yaratmağı bacarmışdır.


Sfera.az dünyaşöhrətli impressionist rəssam Klodd Mone ilə maraqlı bir faktı oxucularına təqddim edir:

 

Monenin atası onun rəssam karyerasının əleyhinə olub

 

 


Klod Mone uşaqlıq illərində atasına dükanda işləməyə kömək edib. Buna görə də rəngkarlıqla maraqlanan Mone Parisə getməyə qərar verəndə atasının qəzəbinə tuş gəlib. Amma müəllimi Ejen-Lui Buden, həvəskar rəssam olan xalası Mari-Jan və rəssam Yan Bartold Yonkinq gənc Moneyə dəstək veriblər. Nəticəddə Klodun atası təslim olub oğlunu paytaxtı fəth etməyə buraxıb. 

 

XIX əsrin 60-cı illərinin sonlarında Fransada yaranan, dünyaya Klod Mone, Kamil Pisarro, Alfred Sisley, Pyer Ogüst Renuar kimi dahi sənətkarlar bəxş edən impressionizm cərəyanının yaranma tarixi maraqlı olub:


İlk impressionistlər hər kəsin rişxənd obyekti olub

 



1874-cü ilin 15 aprelinddə Mone, Buden, Sezan, Pissaro, Renuar, Sisley, Qotye, Berta Morizo və Deqa kimi impressionistlərin əsərlərindən ibarət sərgi keçirilir. 30 müstəqil müəllif, 165 rəsm əsəri, 3500 seyriçi. Amma tənqiddçilər əsərləri tamamlanmamış sayib, müəllifləri həddən ziyadə sürətlə işləməkdə ittiham edir və onların əsərlərini "eskiz” adlandırırlar.Tənqidçilərddən biri rəsm müəlliflərini zarafatla impressionist ("impessionizm”- təəssürat). Həmin tənqidçi hardan biləydi ki, gələcəkdə bu cərəyan bütün təsviri sənətin tarixini dəyişəcək?!


Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR