Azərbaycan nefti bahalaşdı
12:55 / 29.01.2020
1878
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 28-də 63,95 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,09 dollar/barel çoxdur.
Bu barədə Sfera.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 62,8 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,19 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 56,21 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,51 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 59,28 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,93 dollar/barel çoxdur.