Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb
 

Yanvarın 29-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.  

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, havanın temperaturu  Abşeron yarımadasında gecə 4-6, gündüz  9-13, Bakıda  gecə 4-6, gündüz  10-12 dərəcə isti olacaq. Atmosfer  təzyiqi  764 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz  50-55 faiz olacaq.   

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.  

Havanın temperaturu  gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək  isti, gündüz  8-13 dərəcə  isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz  3-8 dərəcə isti  olacaq. 

Tibbi-meteoroloji proqnoz:

Yanvarın 29-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.



OXŞAR XƏBƏRLƏR