Vilayət Eyvazovdan YENİ TƏYİNAT
12:00 / 18.01.2020
3596
Daxili İşlər orqanlarında növbəti təyinat olub.
Sfera.az unikal.org-a istinadən xəbər verir ki, daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis mayoru Cavanşir Orucov Xaçmaz Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin (CAB) rəisi təyin edilib.
Xəbəri Xaçmaz RPŞ-dən təsdiqləyiblər.
Qeyd edək ki, bir müddət öncə nazirin əmri ilə, Xaçmaz RPŞ-nin Cinayət Axtarış Bölməsinin (CAB) rəisi Səxavət Abbasov vəzifəsindən azad edilmişdi.