Sabaha olan hava proqnozu
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sfera.az-a verilən məlumata görə, gecə və səhərbəzi yerlərdə zəif duman, çiskin olacaq.
Şimal-şərq küləyi əsəcək. Havanın temperaturugecə 3-6° isti, gündüz8-10° isti,Bakıdagecə 4-6° isti, gündüz8-10° isti olacaq.
Atmosfertəzyiqi normadan yüksək 767 mmcivə sütunundan 764 mm civə sütununa enəcək.Nisbi rütubətgecə 80-90 %, gündüz 60-70% olacaq.
Yanvarın 6-da Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki,bu da meteohəssas insanlar üçün əlverişlidir.
Sabah Azərbaycanın rayonlarındahava əsasən yağmursuz olacaq. Bəziyerlərdə duman olacaq.Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz7-12°isti,dağlarda gecə 5-10° şaxta, gündüz1-6° isti olacaq.