Bakıda sürücü piyadanı vurub qaçdı
10:50 / 04.01.2020
1367
Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.
Sfera.az xəbər verir ki, hadisə Qaçaq Nəbi küçəsi 4 ünvanında baş verib.
45 yaşlı kişi yaşadığı ünvandan çıxarkən onu minik avtomobili vurub. Hadisəni törədən sürücü məsuliyyətdən yayınmaq üçün ərazidən uzaqlaşıb. Xəsarət alan piyada ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. /unikal.org