Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb
 

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturugecə 2-5° isti, gündüz6-9° isti, Bakıdagecə 3-5° isti, gündüz6-8° isti olacaq. Atmosfertəzyiqi normadan yüksək 770 mmcivə sütunu təşkil edəcək. Nisbi rütubət70-80 % olacaq.

Azərbaycan rayonlarında bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəziyerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz7-11°isti, dağlarda gecə 0-5° şaxta, gündüz2-6° isti olacaq.


OXŞAR XƏBƏRLƏR