2020-ci ildə Azərbaycanda koronavirusdan vəfat edən tanınmışlar

2020-ci ildə Azərbaycanda koronavirusdan vəfat edən tanınmışlar

Dünyanı cənginə alan koronavirus infeksiyasına yoluxanların sayı hər gün artmaqda davam edir. Çinin Uhan şəhərində yayılmağa başlayan virusdan bir milyondan çox insan dünyasını dəyişib. Bu pandemiya ölkəmizdən də yan keçmədi. Azərbaycanda mart ayından yayılmağa başlayan COVİD-19 pandemiyasında son günlər sürətlə artım müşahidə olunur. Ölkədə bu günədək virusdan 2000-dən çox insan vəfat edib. Onların arasında Azərbaycanın tanınmış şəxsləri də var.

Sfera.az onlardan bir neçəsini təqdim edir:

Teymur Mustafayev: Milli musiqi sənətinin tanınmış nümayəndələrindən biri, Xalq artisti, Prezident  təqaüdçüsü iyunun 11-də ömrünün 82-ci ilində vəfat edib.

Samir Nəcəfzadə: "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı, qurumun İctimai-siyasi və analitik verilişlər departamentinin rejissoru. O, virusa yoluxandan bir neçə gün əvvəl səhhətinin ağırlaşması səbəbindən xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Qələndər Xaçınçaylı: Tanınmış jurnalist, "Həftə içi" qəzetinin əməkdaşı. Publisist  koronavirus səbəbindən bir müddətdir müalicə aldığı xəstəxanada  dünyasını dəyişib.

 Fərman Bağırov: Tanımış foto-jurnalist, Əməkdar İncəsənət xadimi, "Tərəqqi" medalı laureatı. Bir sıra xəstəliklərdən əziyyət çəkən jurnalist 84 yaşında koronavirusdan vəfat edib.

Gülnarə Məmmədova: Tanınmış mama-ginekoloq, tibb üzrə fəlsəfə doktoru.COVID-19 test nəticəsi pozitiv çıxan məşhur ginekoloq dekabrın 13-ü vəfat edib.

İlkin Qurbanov: Azərbaycanın tanınmış marketoloqu, "Avtolüks Azərbaycan” şirkətinin Marketinq rəhbəri. İ.Qurbanov gənc yaşda koronavirusdan dünyasını dəyişib.

Rəşad Süleymanov: Tanınmış jurnalist, "AzeriDefence" jurnalının Baş redaktoru. Koronavirus infeksiyasına yoluxan jurnalist 37 yaşında vəfat edib.

​​​​​Elman Həsənov: tanınmış cərrah-həkim.Bir müddət əvvəl koronavirusa yoluxduğu üçün xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Tahir Əlirzayev: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 22 saylı vəkil bürosunun sədri. T.Əlirzayev bir müddət idi ki, xüsusi rejimli xəstəxanaların birində koronavirusdan müalicə olunurdu.

Əmrah Fəqanoğlu: İctimai Televiziya və Radio Yayımları Şirkətinin koronavirusa yoluxan redaktoru, tanınmış jurnalist. Koronavirusdan əziyyət çəkən jurnalist iyul ayının 28-i dünyasını dəyişib.

Hüseyn Həşimli: Filologiya üzrə elmlər doktoru, professor, Azərbaycan RespublikasınınƏməkdar elm xadimi. İyun  ayının 19-da dünyasını dəyişib.​​​​​​

Xəyal Məmmədxanlı: Azərbaycan iş adamı, Biznes məsləhətçisi, sığorta mütəxəssisi. İş adamı 42 yaşında koronavirusdan vəfat edib.

Vahid Tağıyev: Ağsu Rayon İcra Hakimiyyətinin başçısı. İlham Əliyevin 30 sentyabr 2019-cu il tarixli Sərəncamı ilə Ağsu rayon İcra Hakimiyyətinin başçısı təyin edilən V.Tağıyev koronavirusdan dünyasını dəyişib.

(axeber)


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...