\"Aşıq Şəmşir\" Mədəniyyət Ocağı Məmməd Aslanın 80 illik yubileyini qeyd edib

\
 

"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə şair, tərcüməçi Məmməd Aslanın 80 illik yubileyinə həsr olunmuş poeziya gecəsi keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Məmməd Aslanın həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.

Onun ümummilli lider Heydər Əliyevlə həmsöhbət olduğu fraqment tədbir iştirakçılarına göstərilib.

Eyni zamanda videoçarxda İctimai Birliyin sədri Qənbər Şəmşiroğlunun Məmməd Aslanla bağlı xatirələri yer alıb.

Tədbirdə çıxış edən "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov mərhum şairlə bağlı xatirələrini bölüşüb: "Mən Məmməd müəllimi uşaqlıqdan tanıyıram. O, bizim ailəmizin bir üzvü olub. Kəlbəcərə çox bağlı olan biri olub. Məmməd müəllimin mənim uşaqlıq həyatımda qoyduğu izlər sonradan ictimai həyatda formalaşmağımda rol oynayan amillərdən biridir. O həm də gözəl bir rəssam idi. Bu gün onun çəkdiyi şəkilləri xatirə kimi saxlayıram. Bu gün babamın, nənəmin istifadə etdiyim şəkillərini bir zamanlar Məmməd Aslan köçürüb. Onun xüsusi zarafatları var idi. O eyni zamanda dövlətini sevən adam idi, dövlətçilik və Vətən yolunda canını qurban verməyə hazır bir şəxs idi. Məmməd Aslana Əməkdar Mədəniyyət İşçisi fəxri adı verilib, eyni zamanda "Şöhrət" ordeni ilə təltif edilib. Onu hamımız xatirəmizdə saxlayacağıq".

Daha sonra Əməkdar mədəniyyət işçisi Ədalət Dəlidağlı "Ruhani" saz havasının müşayiəti ilə Məmməd Aslanın şeirlərini səsləndirib.

Tədbir Xalq şairi Sabir Rüstəmxanlının və digər şəxslərin Məmməd Aslanla bağlı səsləndirilən fikirləri ilə davam etdirilib.

Sonda aşıqlar tərəfindən müxtəlif saz havaları ifa edilib.



OXŞAR XƏBƏRLƏR

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...