Prezident İlham Əliyevdən - YENİ TƏYİNAT

Prezident İlham Əliyevdən - YENİ TƏYİNAT
 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü təyin olunmuş Elşad Mirbəşir oğlu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədr müavini seçilib.

Sfera.az xəbər verir ki, bu barədə  Mərkəzdən məlumat verilib.

1998-ci ildə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin politologiya şöbəsinin bakalavr, 2000-ci ildə isə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 2011-ci ildə isə Vyana Diplomatik Akademiyasında elmi tədqiqat işləri həyata keçirib.

2002-ci ildə Bakı Dövlət Universitetinin Politologiya və Sosiologiya kafedrasına dissertant qəbul olunub və müəllim kimi fəaliyyətə başlayıb.

Elşad Mirbəşir oğlu 10 ildən çoxdur ki, aktiv ictimai-siyasi xadim kimi tanınır, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, tanınmış politoloqdur. 2016-2019-cu illərdə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Beynəlxalq Münasibətlər və İnsan Hüquqları şöbəsinin müdiri vəzifəsində çalışıb.

O, 2005- ci ildə siyasi elmlər üzrə fəlsəfə doktoru, 2018-ci ildə isə siyasi elmlər doktoru dissertasiyalarını müdafiə etmişdir. 3 elmi monoqrafiyanın, 50-dən artıq elmi məqalənin, bir neçə tədris proqramının müəllifidir. Alman, rus və türk dillərini sərbəst bilir.

Ailəlidir, 2 övladı var.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...