Afaq Aslan Xatunu biabır etdi: “Bədənindəki “şram”ların sayını “həcilər” və evli kişilər daha dəqiq bilər”

Afaq Aslan Xatunu biabır etdi: “Bədənindəki “şram”ların sayını “həcilər” və evli kişilər daha dəqiq bilər”

El arasında bir məsəl var, "Keçinin buynuzu qaşınanda, çobanın çomağına sürtər”, sonra da deyər, çoban niyə çomağını təpəmə çırpdı?

Sfera.az xəbər verir ki, bu sözləri müğənni Afaq Aslan şəxsi "Instagram” hesabında paylaşıb.

Müğənni Xatun Əliyevanın "Youtube”da yayımlanan "Tolik ilə Səmimi” verilişində dilə gətirdiyi "Müğənnilər var ki, lüt şəklini sosial şəbəkədə paylaşır, sonra da başlayır qeyrətdən danışmağa” sözlərini Afaq özünə aid edib.

Xatunun bu açıqlamalarından cin atına minən Afaq qarşı tərəfin ünvanına sərt ittihamlar səsləndirib:

"İnsan səviyyəsini qoruyaraq, ağzının danışığını bilməlidir ki, sonradan əl-ayağa düşüb "Afaqı susdurun” deyə yalvarmasın! 

"Lüt şəkillər çəkdirib, qeyrətdən danışır” dediklərin, geyinib şəkil çəkdirənlərdən fərqli olaraq, onları toylara aparsınlar deyə arvadına bacı, özünə qardaş dediyi insanların altına heç vaxt yıxılmır! Və dalını-qabağını şişirib, ora-burasını ailəli kişilərin gözünə soxub, sonra da çıxıb dini, namazı əlində bayraq eləmir”.

Bununla da ürəyi sakitləşməyən Afaq Xatunun keçirdiyi "omba böyütmə” əməliyyatını başına qaxınc edərək, onu biabır edib:

"Təbii ki, keçirdiyin əməliyyatların və bədənindəki şramların sayını "həcilər” və evli kişilər daha dəqiq bilər, nəinki səni əməliyyat edən həkimlər!

Ona-buna söz ataraq, mənə heç kim bata bilməz deyərək, lovğalanma. Haqlı olduğum təqdirdə bataram da lazım gələr, lap o tərəfə də keçərəm. Amma özümə gündəm və reklam qazanmaq naminə haqsız yerə heç kimin ünvanına atmaca atmaram.

"Soyunub şəkil çəkdirənlərdə olan vücud səndə olsa nəinki lüt şəkillər çəkdirərsən, hətta lüt gəzərsən! Soyunub şəkil çəkdirənləri də o həddə çatdırma ki, qaranlıq keçmişinə işıq salsınlar. (oxu.az)


OXŞAR XƏBƏRLƏR

“Bezmişəm, axırda canıma qəsd edəcəm“ — Nadir Qafarzadə

Müğənni Nadir Qafarzadə sosial şəbəkələrdə ünvanına səslənən tənqidi fikirlərə cavab verib.   Sfera.az sozcu.az-a istinadla xəbər verir ki, video müraciə...

Nadir Qafarzadədən söyüş: Yaxşı eləmişəm... — VİDEO

Müğənni Nadir Qafarzadə növbəti dəfə açıqlaması ilə gündəmə gəlib.   Sfera.az xəbər verir ki, o, "professor da soyducusunu açsın, mən də, görək k...

“Day-dayım yoxdur, böyük məbləğdə yardımlar istəməyin” - Nura Suri

 "Bir məsələyə aydınlıq gətirmək istəyirəm: mən milyonçu deyiləm. Boşanmış, uşaqlı qadınam. Hazırda maaşlı işə düzəlmişəm, çünki heç bir yerdən gəlirim yox...

Azərbaycanın ən gözəl qızından İstanbulda FOTOSESSİYA

 Türkiyədə olan model Banu Şücai fürsətdən istifadə edərək karantin qaydalarının mane olduğu arzusunu gerçəkləşdirib "Miss Azərbaycan-2020” milli göz...

Məşhur cütlüyün ayrılma səbəbi bəlli oldu

 Türkiyəli sənətçilər Hande Erçel və Murat Dalkılıçın ayrılma səbəbi bəlli olub. Sfera.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, onlar üç illik...

Azərbaycanlı müğənni nişanlandı - FOTOLAR

 Xanəndə Kamilə Nəbiyeva nişanlanıb. Sfera.az xəbər verir ki, sənətçinin nişan mərasimi ötən gün evində baş tutub. Nişandan şəkillərini izləyiciləri ...