Ötən gün yol qəzalarında 4 nəfər ölüb

Ötən gün yol qəzalarında 4 nəfər ölüb
 

Ötən gün respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüüb.

Bu barədə Sfera.az-a  Daxili İşlər Nazirliyindən bildirilib. Məlumata görə, dekabrın 10-da saat 21 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Şabran rayon sakini Təbriz Ağayev idarə etdiyi "KamAZ” markalı avtomobillə yolu keçən qəsəbə sakini Tural Cabbarlını və Füzuli rayon sakini Dilarə Sultanovanı vurub. Nəticədə hər iki piyada aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Binəqədi rayonunda qeydə alınan daha bir yol nəqliyyat hadisəsi zamanı da piyada dünyasını dəyişib. Dekabrın 10-da saat 18 radələrində Binəqədi rayonunun Mehdiabad gənclər şəhərciyinin ərazisində orada yaşayan Adil Məmmədov idarə etdiyi "Chrysler” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Tamella Fərhadovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb.

Baş vermiş hər iki qəza ilə bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində araşdırma aparılır.

Dekabrın 10-da daha bir ağır yol nəqliyyat hadisəsi saat 21 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində baş verib. Hadisə zamanı qəsəbə sakini Ağarəfi Mahmudov idarə etdiyi "VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi Həlimə Musayevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada dünyasını dəyişib.

Qəza ilə bağlı Sabunçu RPİ tərəfindən araşdırma aparılır.



OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...