Vilayət Eyvazovdan Yeni Təyinat
15:10 / 09.12.2019
2346
Daxili İşlər orqanlarında növbəti kadr dəyişiklik olub.
Sfera.az unikal.orga-a istinadla bildirir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis mayoru Aydın Bağırov Xaçmaz rayon polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.
Qeyd edək ki, bir neçə ay öncə nazirin əmri ilə Xaçmaz rayon polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Amil Tahirli işdən çıxarılaraq, sərəncama göndərilmişdi.