Özünü FHN-in qarşısında yandırmağa cəhd edən şəxs haqda – Açıqlama

Özünü FHN-in qarşısında yandırmağa cəhd edən şəxs haqda – Açıqlama

Xəbər verdiyimiz kimi, bu gün Fövqəladə Hallar Nazirliyinin binası qarşısında intihara cəhd olub.

Sfera.az xəbər verir ki, baş vermiş hadisə ilə bağlı FHN açıqlama yayıb. Açıqlamada bildirilir ki, 5 dekabr 2019-cu il tarixində Ağsu şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsi, ev 10 ünvanında qeydiyyatda olan, lakin hazırda Bakı şəhərində yaşayan Rəşad Firidun oğlu Cahangirov Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Bakı şəhəri, M.Müşfiq küçəsi, 501-ci məhəllədə yerləşən inzibati binasının qarşısına gələrək özünü yandırmağa cəhd edib. Lakin Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının müdaxiləsi nəticəsində vətəndaş Rəşad Cahangirov özünü yandırması fikrindən daşınıb və o, aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına təhvil verilib.

Məlum olub ki, vətəndaş Rəşad Firidun oğlu Cahangirov bu ilin fevralında Şamaxı, Ağsu və İsmayıllı rayonlarında baş vermiş zəlzələ ilə əlaqədar olaraq atası – Ağsu şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsi, ev 10 ünvanında daimi qeydiyyatda olan, lakin hazırda Rusiya Federasiyasında yaşayan Firidun Bəybala oğlu Cahangirova məxsus Ağsu şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsi, ev 10 ünvanında yerləşən evin sökülərək yenidən tikilməsi tələbi ilə özünü yandırmağa cəhd edib. (yeni sabah)

Qeyd edək ki, bu ilin noyabr ayının 27-də Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutunun mühəndislərindən ibarət komissiya tərəfindən Rəşad Cahangirovun atası Firidun Cahangirova məxsus Ağsu şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsi, ev 10 ünvanında yerləşən adıçəkilən evə baxış keçirilib və evin yalnız bərpaya ehtiyac olması barədə akt tərtib edilib. Rəşad Cahangirova bildirilib ki, 27 noyabr 2019-cu il tarixli akta əsasən, atası Firidun Bəybala oğlu Cahangirova məxsus yuxarıda göstərilən fərdi yaşayış evi bərpaya ehtiyacı olan evlər siyahısına daxil edilib və qısa müddətdə bununla bağlı bütün lazımi tədbirlər görüləcək. Əvvəlcə bununla razılaşan, lakin sonradan fikrini dəyişən R.Cahangirov podratçı təşkilat tərəfindən müvafiq tədbirlər həyata keçirilən zaman atasına məxsus adıçəkilən fərdi yaşayış evinin qəzalı olduğunu iddia edərək bərpa işlərinin aparılmasına maneə törədib, bərpa işlərinin dayandırılmasına səbəb olub.

Evin sahibi, hazırda Rusiya Federasiyasında yaşayan Firidun Cahangirov evinin bərpa olunmasına razılıq verdiyi halda, oğlu Rəşad Cahangirov əsassız olaraq özünə deyil, atasına məxsus evin bərpa deyil, sökülərək yenidən tikilməsini tələb edir. Rəşad Cahangirov adıçəkilən evdə daimi yaşayış olduğunu bildirsə də araşdırmalar nəticəsində məlum olub ki, bu evdə yaşayış mövsümü xarakter daşıyır. 

Beləliklə, özünü yandırmağa cəhd nümayiş etdirməklə Fövqəladə Hallar Nazirliyini şantaj etməyə çalışan Rəşad Cahangirov saxlanılaraq barəsində hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR

Qayınanasını amansızcasına öldürən qadın hökmdən narazıdır

 Bakıda qayınanasını öldürməkdə təqsirli bilinən 36 yaşlı Mədinə Qreçneva barəsindəki hökmdən apellyasiya şikayəti verib. Sfera.az xəbər verir ki, şi...

İmişlidə oğurluq edən şəxslər saxlanılıb

  İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayon ərazisindəki məktəbdən və evlərin birindən oğurluq edən şəxsl...

Azərbaycanda 10 "COVID-19" xəstəsinə cinayət işi açılıb

  Daxili işlər orqanlarının əməkdaşları tərəfindən ölkə ərazisində tətbiq olunmuş xüsusi karantin rejimi dövründə "Covid-19” virusunun yayılması hallarını...

Nərimanovda 28 yaşlı gənc qətlə yetirilib

  Avqustun 3-də saat 18 radələrində Nərimanov rayonu ərazisində 1992-ci il təvəllüdlü Rəşad Sadıqovun bıçaqlanması və aldığı xəsarətlərdən xəstəxanada ölm...

İsmayıllıda qrup şəklində ziyarətgaha gedənlər cərimələnib

  İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejiminin qayda və tələblərinə riayət edilməsi məqsədilə keçirilən tədbirlər zamanı bir ...

İki vəzifəli şəxs məsuliyyətə cəlb olunub - RƏSMİ

  Cari ilin ilk altı ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2 893 fakt aşkar olunub. Onlardan 1 015-i narko...