Vilayət Eyvazov onu rəis təyin etdi

Vilayət Eyvazov onu rəis təyin etdi

Daxili işlər orqanlarında növbəti kadr dəyişikliyi olub.


Sfera.az-ın  oxu.az-a istinadən məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

 

Əmrə əsasən, polkovnik-leytenant Sahib İskəndərov DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatına rəis təyin edilib. 

 

Qeyd edək ki, bir müddət əvvəl DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinin rəis müavini, polis polkovniki Əkbər Əkbərov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

 

DİN-in Avtomobil təsərrüfatının rəisi, polis polkovniki Elçin Alıyev Maddi-Texniki Təminat Baş İdarəsinin rəis müavini təyin olunub.


OXŞAR XƏBƏRLƏR