50 yaşından sonra mütləq keçməli olduğunuz müayinə - Utanmağa və qorxmağa səbəb yoxdur

50 yaşından sonra mütləq keçməli olduğunuz müayinə - Utanmağa və qorxmağa səbəb yoxdur

Hazırda Azərbaycanda bağırsaq xəstəlikləri və onkoloji problemlər artdığından kolonoskopiya kimi bir zamanlar az müraciət olunan diaqnostika növü onkoloq, qastroenteroloq və proktoloqların sevimli müayinəsinə çevrilib.

Çoxları bağırsaqlarındakı problemi gizlədir, çoxları bu müayinə üçün utanır, çoxları heç nə olmaz deyə düşünüb illərlə bağırsaq qanamasından əziyyət çəkir.
Amma cəmi 1 dəfə kolonoskopiya etdirməklə, həm özünüzü, həm həkiminizi rahatlada bilərsiz.

Sfera.az  medicina.az-a istinadən bildirir ki, kolonoskopiya da mədəyə zond salınmasına bənzər müayinə metodudur, burda zond anus dəliyindən düz bağırsaqla yeridilir. Əslində ağrısızdır, amma bağırsaqlar bir az köpdüyü üçün təzyiq hissi xəstəni narahat edə bilər. Həm də proses özü həyəcanlı olduğundan xəstəni tam rahat etmək üçün ümumi narkoz, yəni 15 dəqiqəlik yuxuya verməklə bu iş həll olunur.

Kolonoskopiya - yoğun bağırsaq və düz bağırsağın instrumental diaqnostikası və patoloji problemlərin müalicəsi üçün prosedurdur. Burda bağırsağın selikli qişası tam detallı görünür. Zondun ucunda olan kamera görüntünü monitora ötürür və həkim bağırsaqların içini iri planda görür.

Əgər bağırsaqda hər hansı patologoya aşkarlanarsa, o zaman bu manipulyasiyaları yerindəcə etmək imkanı var:

-Poliplər görünərsə, götürülür, ya yandırılır
-Qanaxma varsa, saxlanılır
-Yad nəsə varsa çıxarılır
-Daralma, bitişmə varsa, bərpa olunur
-Şiş varsa, biopsiya materialı götürülür
 

Kolonoskopiyaya göstərişlər:

-Qanaxma
-Poliplər, yeni törəmələrə şübhə
-Onkopatologiya
-Kron xəstəliyi - kəskin iltihab, diareya
-Xoralı kolit
-Xroniki qəbizlik və ishal
-Sürətlə arıqlama
-Qanazlığı
-Subfebril hərarətin uzun müddət qalması

 

Ümumiyyətlə isə 45-50 yaşdan sonra hər bir şəxsə 2 ildən bir kolonoskopiya etdirmək lazımdır. Əgər nəsildə bağırsaq xərçəngi varsa, bu insanlar yüksək risk altında olduqlarından, ildə 1 dəfə kolonoskopiyadan keçməlidirlər.

Kolonoskopiyaya əvvəldən hazırlaşmaq, həkimin verdiyi işlədici, təmizləyici dərmanları qəbul etmək lazımdır.

Kolonoskopiyaya əks göstərişlər:

-İnfarkt xəstələrinə
-Hamilələrə
-Şəkərli diabetlər
-Kəskin qanaxması olanlara
-Peritonitdə

Kolonoskopiya kifayət qədər ziyansız asan metoddur, amma onu yüksək peşəkar, işində mütəxəssis, klinika şəraitində düzgün icra etməlidir. Avadanlıq müasir və steril olmalıdır.


OXŞAR XƏBƏRLƏR

“Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını...” - Xoşqədəm Cavanşir Məmmədovdan DANIŞDI

“Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə qaş arasındadır”.   Sfera.az olay-a istinadən xəbər verir&n...

Bakıda taxta bazarı YANIR

Paytaxtın Nərimanov rayonunda taxta bazarı yanır.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. ...

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.   ...

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...

Cavanşir Məmmədov DƏFN OLUNDU -YENİLƏNDİ - 2

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhum sənətçi bu gün “Qurd Qapısı” qəbiristanlığında torpağa ta...