Sabah hava necə olacaq ?

Sabah hava necə olacaq ?
 

Bakıda və Abşeron yarımadasında noyabrın 8-də havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sfera.az-a  verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq. 

Cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-13, gündüz 17-21, Bakıda gecə 10-12, gündüz 19-21 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 17-22, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 8-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

OXŞAR XƏBƏRLƏR

Polis Bakı küçələrini nəzarətə götürüb - FOTOLAR

  Koronavirusun kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtın küçə və prospektlərində, məhəllədaxili yollarla yanaşı, qapalı məkanlard...

Koronavirusa yoluxmuş sabiq deputatı Bakıdan Türkiyəyə apardılar - SON DƏQİQƏ!

  "Hazırda müalicələrim davam edir. Ümid edirəm ki, tezliklə sağalacağam”. Sfera.az  xəbər verir ki, bu fikirləri Modern.az-a sabiq deputat Mir...

Prezidentdən “Karantin rejimi nə qədər davam edəcək?” sualına cavab

  "Bilirsiniz ki, biz pandemiya dövründə adətən karantin rejimini bir, ya iki həftə ərzində elan edirdik. Vəziyyəti təhlil edərkən, nəzarət mexanizmlərini...

Bir sıra icazələr yenidən aktivləşdirildi - RƏSMİ

  Bir sıra hüquqi və fiziki şəxslərin işçilərinin sayına uyğun olaraq yol verilən limitlər çərçivəsində icazələrin aktivləşdirilməsi həyata keçirilib. İq...

SON DƏQİQƏ! Bu şəxslərin işləməsinə yenidən İCAZƏ VERİLDİ

  İyulun 5-i ləğv olunan bir qrup onlayn satış mağazasının işçilərinin icazəsi yenidən bərpa olunub. Sfera.az "Qafqazinfo”ya istinadən xəbər ver...

Ermənistan silahlı qüvvələri atəşkəsi 37 dəfə pozub

 Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 37 dəfə pozub. Müdafiə Nazirliyindən Sfera.az...