Sabah hava necə olacaq ?

Sabah hava necə olacaq ?

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sfera.az-a  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Abşeron yarımadasında gecə 8-10° isti, gündüz 11-13° isti, Bakıda gecə 8-10° isti, gündüz 11-13° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək.

Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70%olacaq.

Noyabrın 3-ü səhərədək Abşeron yarımadasında yağışlı, küləkli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Rayonlarda bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq.

Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 14-19° isti, dağlarda gecə 1-6° isti, gündüz 7-11° isti təşkil edəcək.


OXŞAR XƏBƏRLƏR

“Ordumuzun təchizatı da güclüdür, milli ruhu da yüksəkdir”

Bunu Sfera.az-a Dağlıq Qarabağ münaqişəsinin mümkün həlli yollarından danışarkən Bakı Müharibə Əlil və Veteranları İctimai Birliyinin sədri müavini, Qarabağ müh...

Bu şəxslər dövlət hesabına təhsil alacaqlar - Rəsmi

 Təhsil Nazirliyi "Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq e...

Bakıda hərbi qulluqçuya rişxənd edən şəxs həbs olundu - FOTO - VİDEO

 Qaradağ rayonu Lökbatan qəsəbəsində xidmət aparan hərbi qulluqçunun qanuni tələblərinə rişxəndlə yanaşaraq, hörmətsizlik nümayiş etdirən və bu hər...

Bakıda yüksək sürətlə maşın idarə edib kameraya çəkən qadın tutuldu - FOTO-VİDEO

 Sosial şəbəkələrdə 90 PB 038 dövlət nömrə nişanlı, "KİA Optima" markalı avtomobilin sürücüsünün 60 km/saat nəzərdə tutulmuş yolda 120-180 km/saat sürətlə ...

ŞAD XƏBƏR! Azərbaycanın bu bölgəsində koronavirus bitdi

 Ölkə üzrə koronavirusa yoluxma faktlarının böyük hissəsi (55,1%) yenə də Bakının payına düşür. Sfera.az xəbər verir ki, bu barədə statistika TƏBİB-in koro...

Azərbaycanda 537 nəfər koronavirusa yoluxdu, 7 nəfər öldü

 Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 537 yeni yoluxma faktı qeydə alınıb, 453 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. ...