Bakıda evdən qaçan 2 uşaq anası: \"İnstaqramda tanış olduq, daha uşaqları da istəmirəm\"

Bakıda evdən qaçan 2 uşaq anası: \

22 yaşlı gəlin 6 illik ərindən olan iki uşağını atıb yad kişi ilə qaçıb.

Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, gənc qadın "Səni axtarıram"a üz tutaraq hər kəsi təəccübləndirib.

22 yaşlı gəlinin dedikləri Xoşqədəm Hidayətqızı başda olmaqla studiyadakıları da məəttəl qoyub:

 

"Yoldaşımdan ayrılmaq istədiyim üçün bura gəlmişəm. 3 və 4 yaşında iki uşağım var. Uşaqlar yoldaşımdadır. Evdən qaçmışam. Sevdiyim oğlanla bir yerdə qalıram. Mən yoldaşımı istəmirdim, evdən veriblər məni ona. Bu oğlanı da bir həftədir sevirəm. Onunla İnstaqramda tanış olduq". 

Xoşqədəm "Evdən qaçanda bəs uşaqları niyə özünlə aparmadın?" sualı ilə itkin gəlinə müraciət edib. Qadının cavabı yenidən heyrətləndirib:

"Uşaqlar onundur. Daha uşaqları da istəmirəm".


 


OXŞAR XƏBƏRLƏR