Bakıda avtobus piyadanı vurub öldürdü
16:10 / 22.10.2019
2034
Bakıda avtobus piyadanı vurub.
Sfera.az yeni sabah-a istinadla xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 21-də saat 7 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakini İ.Hacıyev idarə etdiyi "Daewoo” markalı avtobusla yolu keçən paytaxt sakini Kəmalə Əliyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.