Türkiyəyə hava hücumu: 2 ölü, 12 yaralı
17:23 / 15.10.2019
1929
PKK/YPG terror qruplaşmaları Mardin şəhərinin Qızıltəpə rayonunda yerləşən Taşlıca Məhəlləsinə hava hücumu təşkil edib.
Sfera.az-ın məlumatına görə, yeni sabah-ın "Hürriyet”ə istinadən verdiyi xəbərə görə, Suriyanın Hasəkə şəhərinin Dərbəsiyə qəsəbəsindən təşkil edilən hücum nəticəsində 2 mülki vətəndaş həlak olub, 12 nəfər isə yaralanıb.
Əraziyə təhlükəsizlik qüvvələri və təcili tibbi yardım briqadaları cəlb edilib.